Mövcud səhifə
Əsas səhifə > Mebel işi > Dəhliz mebelləri

Dəhliz mebelləri

Dəhliz mebelləri - dizayn, hazırlanması və quraşdırılması
Dəhliz mebeli sifarişi - qardiroblar, dehliz dolablari
Dəyərləndirmə 5/5 hər 10 nəfərdən 9-u tərəfindən
Mebellərin qiymətləri dizayn və materialdan asılı olaraq 1 paqometr və ya kvm üçün 280 - 1400 AZN intervalında dəyişə bilər. Mebelin qiyməti 4 paqonmetr və ya kvm-dən böyük olduqda qiymətdə əhəmiyyətli endirim edilir. Ətraflı məlumat üçün → MEBEL QİYMƏTLƏRİ

Dəhliz mebeli - Qonaqların ilk gördüyü

Dəhliz mebeli evimizə gələn qonaqların ilk gördüyü mebeldir. Evimiz haqqında qonaqda ilk təəssürat yaradır. Həmçinin dəhliz mebeli ən çox istifadə olunan mebel olduğu üçün gözəl olduğu qədər rahat, keyfiyyətli və dözümlü olmalıdır. Əvvəllər bir neçə asılqandan və papaq qoymaq üçün rəfdən ibarət olan dəhliz mebeli indi çox inkişaf etmişdir. Şirkətimiz sizə maraqlı və qeyri-adi dizaynda dəhliz mebelləri təklif edir. Rahat istifadəniz üçün sizə mebelin içində şahlara layiq oturacaq belə təklif edə bilərik. Əsas odur ki, siz istəyin, hazırlamaq bizim işimiz. 
Mebel salonlarından əldə edə biləcəyiniz dəhliz mebelləri çox vaxt evinizin dəhlizinə uyğun gəlmir, diskomfort yaradır və ürəyinizcə olmur. Biz sizə oxşar qiymətə evinizin ölçüsünə, çıxıntılara, dizaynına, rənginə uyğun dəhliz qardirobları təklif edirik. Ən müasir avadanlıqlarla işləyən şirkətimizin peşəkar dizayner və ustaları istədiyiniz dizaynda, ölçüdə, rəngdə, material ilə arzu etdiyiniz mebeli ən qısa zamanda sizin üçün hazırlayacaqlar. Saytımızda bəzi işlərimizin fotoları var. Amma bizə fərq etməz, internetdən, jurnaldan, hardan istəsəz bəyəndiyiniz modeli bizə göstərin, onu hazırlamaq bizim işimiz.  
İşimizin keyfiyyətini görmək istəyirsiz? Buyurun Əhməd Rəcəbli 225 (Çinar Park Biznes Mərkəzi) ünvanında yerləşən mebel sərgi salonumuza gələrək hazırladığımız mebelləri öz gözlərinizlə görə, toxuna və hətta divanda oturub çay ☕ içə bilərsiz. 

Mebel sifarişi

Mebel sifarisi göndərmək üçün sadəcə adınızı, telefon nömrənizi və sifariş vermək istədiyiniz mebel barədə qeyd edin. Ən qısa zamanda menecerimiz sizinlə əlaqə saxlayaraq sizə bütün məlumatları verəcək və istəyiniz olarsa sizi şirkətimizə dəvət edəcək.



Işarəni götür

Dəhliz mebeli nümunələri

Dostlarınla paylaş

  ★★★ Bizim digər işlər ★★★

Top
Zəng sifariş etmək
Nömrənizi daxil edin, biz sizə zəng edərik

İşarəni götür  

×
Mebel sifariş vermək


Işarəni götür

×